Stokholmun mərkəzində partlayıcı qurğu aşkarlandı

Stokholmun mərkəzində partlayıcı qurğu aşkarlandı
  22 Avqust 2022    Oxunub:1089
İsveç polisi Stokholm şəhərinin mərkəzində partlayıcı qurğunun aşkar olunmasını və zərərsizləşdirilməsini təsdiq edib.
Belə ki. avqustun 21-də tapılan çantada adı açıqlanmayan partlayıcı maddə olub. Çanta axşam saat 10-da, Stokholm Mədəniyyət Festivalının ən qızğın vaxtında, minlərlə insanın şəhərin mərkəzinə toplaşdığı zaman aşkar edilib.

Hadisə yerindən çəkilən kadrlarda polisin bir neçə yolayrıcında iri kordonlar qurması, mühafizəçilər və polis əməkdaşları tərəfindən nəqliyyatın və piyadaların hadisə yerindən necə uzaqlaşdırıldığı görünür.

Bir qədər sonra İsveç Milli İstehkamçılar dəstəsi çantanın içindəkiləri təhlükəli hesab edərək onu götürüb, bazar ertəsi isə polis çantada partlayıcı qurğunun olduğunu təsdiqləyib. İsveç polisi ilkin araşdırmaya başlayıb.

AzVision.az


Teqlər:



Xəbər lenti