Britaniyanın yeni baş naziri nə vaxt seçiləcək?

   Britaniyanın yeni baş naziri nə vaxt seçiləcək?
  22 Avqust 2022    Oxunub:1397
Britaniya Mühafizəkarlar Partiyasının yeni rəhbərinin və Böyük Britaniyanın Baş nazirinin adı sentyabrın 5-də yerli vaxtla saat 12:30-da (Bakı vaxtı ilə 15:30) açıqlanacaq.
Bu, Mühafizəkarlar Partiyasının sədri Endryu Stivensonun digər rəsmilərə ünvanladığı məktubundan məlum olub. Məktubda qeyd olunub ki, yeni hökumət başçısının adı “Westminster Central Hall”da açıqlanacaq.

Mühafizəkarların yeni rəhbəri sentyabrın 6-da Boris Consonu əvəzləyəcək. Bundan əlavə, sentyabrın 7-də Mühafizəkarlar Partiyasının rəhbəri Leyboristlərin lideri Sayrus Starmerlə görüşəcək.

AzVision.az



Teqlər:



Xəbər lenti