Tasnim: Ərdoğan və Əsəd Özbəkistanda görüşəcək

      Tasnim:    Ərdoğan və Əsəd Özbəkistanda görüşəcək
  23 Avqust 2022    Oxunub:1484
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya prezidenti Bəşər Əsədlə 2022-ci ilin sentyabrında Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində görüşə bilər.
Bu barədə İranın Tasnim agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunub ki, Rusiya prezidenti Vladimir Putin Ərdoğan və Əsədi Şanxay Əməkdaşlıq Təşkilatının Özbəkistanda keçiriləcək iclasında iştirak etməyə dəvət edib.

Bundan əlavə, Türkiyə Vətən Partiyasının lideri Doğu Perinçək yaxın vaxtlarda Suriyaya səfər edəcək və Əsədlə görüşəcək. Səfərin nəticələri barədə Türkiyə rəsmilərinə məlumat veriləcək.

Suriyada vətəndaş müharibəsi başlayandan bəri kütləvi qaçqın axını və Bəşər Əsədin siyasəti səbəbindən Dəməşq və Ankara arasında münasibətlər xeyli pisləşib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:



Xəbər lenti