Slovakiya öz tanklarını Ukraynaya göndərəcək

   Slovakiya öz tanklarını Ukraynaya göndərəcək
  23 Avqust 2022    Oxunub:1535
Slovakiya Ukraynaya 30 ədəd T-72 tankı göndərəcək və bunun müqabilində Almaniyadan 15 ədəd Leopard 2 tankı alacaq.
Bu barədə Almaniya hökumətindəki mənbələrə istinadən Business Insider jurnalı məlumat yayıb. Almaniyadan ilk tanklar bu il ərzində Slovakiyaya gəlməlidir. Müqavilənin rəsmi elanı isə yaxın günlərdə dərc olunacaq.

Bundan əvvəl Slovakiyanın baş naziri Eduard Heqer bildirmişdi ki, ölkə Ukraynanı sərəncamında olan tanklar və MiQ-29 qırıcıları ilə təmin edə bilər.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər:



Xəbər lenti