Ukraynada müharibə başlayandan büdcə xərcləri trilyonu keçib
- Rusiyanın tammiqyaslı işğalı başlayandan indiyədək dövlət büdcəsinin xərcləri təxminən 1 trilyon qrivna təşkil edib. Bunun 420 milyarddan çoxu ölkəmizin müdafiəsi və təhlükəsizliyinə xərclənib. Yəni 40 faizdən çox, büdcədən xərclədiyimiz hər şey ordunun ehtiyacları üçün idi. 288 milyard qrivna hərbi maaşlar üçündür. 135 milyard hərbi texnikanın alınması və təmiri, döyüş sursatı və müdafiə təyinatlı məmulatların əldə edilməsinə gedib - Şmıqal deyib.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


