|
|
Stoltenberq: “Ukrayna münaqişəsi danışıqlar masası arxasında həll olunacaq” |
- Prezident Putin düşünürdü ki, o, Ukrayna xalqını, onun Silahlı Qüvvələrini sındıra bilər, demokratik xalqları parçalaya, öz şərtlərini diktə edə bilər. Lakin o, haqlı olmadı. O, yanıldı, - NATO-nun baş katibi vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna müharibənin 6 ağır ayından salamat çıxa bilib, qəddar təcavüzə qarşı müqavimət göstərmək, özünü müdafiə etmək və ərazilərini geri almaq, böyük itkilər vermək kimi qeyri-adi qabiliyyətini nümayiş etdirib. Stoltenberq vurğulayıb ki, NATO Kiyev ilə tam həmrəydir və alyans üzvü olan ölkələr Ukraynanın suverenliyini, bütövlüyünü, gələcəkdə öz yolunu seçmək hüququnu dəstəkləyir.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


