Paşinyan katolikosu niyə təbrik etmədi?

   Paşinyan katolikosu niyə təbrik etmədi?
  24 Avqust 2022    Oxunub:1671
Ermənistanın İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğraması təckə cəmiyyətə deyil, daxili siyasətə, dövlətçiliyə də ağır zərbə vurub. Artıq iki ildir ki, yerli KİV ölkənin xaos içində çabalayaraq məhv olma təhlükəsi ilə üz-üzə qaldığını yazır, xalq-hakimiyyət vəhdətinin isə sıradan çıxdığını qeyd edir.
Daim İrəvanın yürütdüyü daxili və xarici siyasətə, hətta işğalçılıq siyasətinə birbaşa təsiri olan erməni kilsəsi isə ikinci plana atılıb. Görünür bu səbəbdəndir ki, indi baş nazir Nikol Paşinyanla katalikos arasında dərin çat yaranıb.

Paşinyanın kilsə qorxusu: “II Qareginə yaxınlaşmağa məcbur oldu”
Ölkənin oxunaqlı qəzetlərindən olan “Hraparak”da dərc olunan maraqlı təhlil yazısında da məhz katalikosla Paşinyan arasında ciddi soyuqluğun yaranmasından narahatlıq vurğulanır. Nəşr yazır ki, “Nikol Paşinyanla erməni apostol kilsəsi arasında olan əlaqə müharibədən sonra geri dönməz şəkildə kəsildi. Paşinyan əslində dövlət institutlarının qiymətləndirilməsinə, onların roluna özünün dar şəxsi prizmasından baxır".

Müəllif xatırladır ki, bu il baş nazir katolikos II Qaregini avqustun 21-də qeyd etdiyi ad günü münasibəti ilə təbrik etmədi. Halbuki, bu nadir hadisə sayılmalıdır.

"Paşinyan hakimiyyətə gəldikdən sonra üç il dalbadal katolikosu “isti şəkildə” təbrik edərək, onun, erməni Apostol Müqəddəs Kilsəsinin qazandığı güvəni, insanların həyatında oynadığı rolu və böyük əhəmiyyətini vurğulayırdı. Hətt o, “Bu istiqamətdə səmərəli fəaliyyətinizi davam etdirəcəksiniz” deyirdi.

Müharibədən sonra katolikos hakimiyyəti açıq şəkildə tənqid edəndə o, Paşinyanın gözünə batan tikana çevrildi. Bəzi məlumatlara görə, hökumətin nəzarətində olan mediaya, hətta ictimai mediaya katolikosların fəaliyyətini heç bir şəkildə işıqlandırmamaq tapşırılıb", - məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Kilsə   Katolikos  



Xəbər lenti