İran 150 PUA ilə təlimlər keçirir - VİDEO

   İran 150 PUA ilə təlimlər keçirir -    VİDEO
  24 Avqust 2022    Oxunub:1092
İran Silahlı Qüvvələri genişmiqyaslı təlim keçirir. Təlimlərdə 150 Pilotsuz Uçuş Aparatından(PUA) da istifadə olunacaq.
AzVision.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb. İran ordusunun rəsmisi Həbibullah Səyyari bildirib ki, təlimlər ordunun dörd qolunun iştirakı ilə ölkənin bütün ərazisində keçiriləcək.

Səyyari qeyd edib ki, təlimdə silahların dəqiqliyi və gücü, uçuş keyfiyyəti, istiqamətləndirmə və idarəetmə sistemlərinin imkanları, həmçinin pilotsuz təyyarələrin döyüş qabiliyyəti qiymətləndiriləcək.

Təlimin ilk günündə kəşfiyyat xarakterli pilotsuz təyyarələr ölkə sərhədlərində keşik çəkərək bir sıra hədəfləri müəyyənləşdirib.


Tural Tağıyev
AzVision.az



Teqlər: İran   Təlim  



Xəbər lenti