Ayvazyanın super yaxtası batdı - VİDEO

   Ayvazyanın super yaxtası batdı -    VİDEO
  24 Avqust 2022    Oxunub:1649
İtaliya sahillərində “My Saga” adlı super yaxta batıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İtaliya Sahil Mühafizə Xidməti məlumat yayıb.

Yaxtanın pis hava şəraiti üzündən batdığı bildirilir. Skvillaçe körfəzində baş verən hadisə zamanı yaxtadakı dörd sərnişin və beş ekipaj üzvü xilas edilib.

"My Saga"nın rusiyalı oliqarx Qennadi Ayvazyana məxsus olduğu deyilir. O, dünyanın ən böyük kömür şirkətlərindən biri olan “Krutrade”in rəhbəridir.



AzVision.az


Teqlər:



Xəbər lenti