Ərdoğan prezident seçkilərinə hazırlıqlara başladı

   Ərdoğan prezident seçkilərinə hazırlıqlara başladı
  25 Avqust 2022    Oxunub:1068
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçki qərargahına qəfil baxış keçirib və gələcək seçkilərə hərtərəfli hazırlığa başlamağı tapşırıb.
Bu barədə “Yeni Şafak” nəşri məlumat yayıb. Türkiyədə prezident seçkiləri gələn il iyunun 18-də keçiriləcək. “Prezident Rəcəb Tayyib Ərdoğan seçkiqabağı gözlənilməz toplantı keçirərək, 2023-cü il seçkilərində qərargahının “nəbzini yoxlayıb”. Ərdoğan seçkiqabağı dövrün hazırlanmasının məzmunu və üsulu ilə bağlı qərargahından rəylər alıb”-deyə, nəşr bildirib.

Eyni zamanda, qərargah nümayəndələri seçkiqabağı işlərlə bağlı fikirlərini bildiriblər. Ərdoğan öz növbəsində qərargah nümayəndələrinin gələcək kampaniya ilə bağlı rəy və şərhlərini nəzərə alıb.

R.T. Ərdoğan 2014-cü ildə Türkiyə prezident seçkilərində qalib gəlib. 2018-ci ildə Türkiyədə keçirilən növbədənkənar seçkilərdə prezident seçilib.


İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:



Xəbər lenti