İbrahim Tatlısəs qızı ilə ağır yol qəzasına düşdü - FOTOLAR

   İbrahim Tatlısəs qızı ilə ağır yol qəzasına düşdü -  FOTOLAR
  25 Avqust 2022    Oxunub:1483
Türkiyənin tanınmış sənətçisi İbrahim Tatlısəs Bodrumda yol qəzasına düşüb.
İçərisində İbrahim Tatlısəsin və qızının olduğu mikroavtobus yük avtomobili ilə toqquşduqdan sonra yolun kənarına yuvarlanıb. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadası cəlb olunub. Avtomobildə sıxılı vəziyyətdə qalan sənətçi və qızı avtomobildən xilas edilərək xəstəxanaya çatdırılıb.









AzVision.az


Teqlər:



Xəbər lenti