Almaniya Ukraynaya Rusiyanı vura bilən silahlar verməyəcək

Almaniya Ukraynaya Rusiyanı vura bilən silahlar verməyəcək
  26 Avqust 2022    Oxunub:1000
Almaniya kansleri Olaf Şolts bəyan edib ki, AFR Ukraynaya Rusiya ərazisini vura bilən silahlar təqdim etməyəcək.
Kansler bunu Maqdeburqda vətəndaşların suallarını cavablandıran zaman bildirib. Onun sözlərinə görə, hədəf Ukraynanın ərazi bütövlüyü və suverenliyi olaraq qalır.

“Prezident Bayden kifayət qədər dəqiq deyib ki, Rusiya ərazisinə atəş aça bilən silahlar tədarük edilməyəcək. Düşünürəm ki, mənim dəstəklədiyim bu prinsip yerdə qalanlar üçün də eyni olmalıdır. Məhz buna görə biz həmişə başqalarının nə etdiyinə baxırıq”, - Olaf Şolts belə deyib.

AzVision.az


Teqlər:



Xəbər lenti