"Surmalu" hadisəsinə görə 4 nəfər saxlanılıb

"Surmalu" hadisəsinə görə 4 nəfər saxlanılıb
  26 Avqust 2022    Oxunub:777
İrəvandakı "Surmalu" ticarət mərkəzində baş vermiş yanğın və partlayışla bağlı cinayət işinin istintaqı çərçivəsində 4 vətəndaş saxlanılıb. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat katibi Arevik Xaçatryan sosial şəbəkələrdə məlumat yayıb.
Onun sözlərinə görə, 16 nəfərin həyatına son qoyan faciə ilə bağlı cinayət işinin materiallarının öyrənilməsi zamanı iki nəfərə Ermənistan Respublikası Cinayət Məcəlləsinin 357-ci maddəsi (insan ölümünə səbəb olan yanğın təhlükəsizliyi qaydalarının pozulması) üzrə cinayət işi açılıb. Müstəntiqə təqsirləndirilən şəxsin həbsi ilə bağlı məhkəməyə vəsatət vermək tapşırılıb.

Daha iki nəfər isə Cinayət Məcəlləsinin 165-ci maddəsi (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsi həyatdan məhrum etmə) üzrə təqsirli bilinib.
Xatırladaq ki, avqustun 14-ü günorta saatlarında İrəvandakı "Surmalu" ticarət mərkəzində güclü partlayış baş verib. Hadisə nəticəsində 16 nəfər ölüb, 62 nəfər yaralanıb, 1 nəfər isə sayılır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Cinayət  



Xəbər lenti