FSB Ukrayna kəşfiyyatçısını saxladı - VİDEO

   FSB Ukrayna kəşfiyyatçısını saxladı -    VİDEO
  26 Avqust 2022    Oxunub:1462
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin(FSB) əməkdaşları təhlükəli agenti saxlayıb. AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, saxlanılan şəxs Sumidən olduğunu və 2018-ci ildə agentura şəbəkəsinə cəlb edildiyini deyib.

Rusiya kəşfiyyat xidmətinin məlumatına görə, o, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin agenti olub. Həmin şəxs “xarici kəşfiyyatın göstərişi əsasında Müdafiə Nazirliyinin obyektləri haqqında Rusiyanın təhlükəsizliyinə qarşı istifadə etmək üçün məlumatların toplanması və ötürülməsində iştirakda” şübhəli bilinib.

Onun yaşadığı yerdə Ukrayna xüsusi xidmət orqanları tərəfindən ötürülən xüsusi texniki vasitələr də aşkarlanıb. FSB əməkdaşları həmçinin onun kompüterində və mobil telefonunda “snayper hazırlığı, sağ qalma, partizan döyüşləri, kəşfiyyat və təxribat fəaliyyətlərinə dair xüsusi ədəbiyyat” da tapıblar.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Ukrayna   Kəşfiyyat  



Xəbər lenti