Laçının azad olunması Prezidentə məruzə edildi - VİDEO

   Laçının azad olunması Prezidentə məruzə edildi -   VİDEO
  26 Avqust 2022    Oxunub:1997
Azərbaycan Ordusu Laçın şəhərinin mərkəzində Azərbaycan bayrağını ucaldıb.
AzVision.az xəbər verir ki, Ordu korpusunun komandiri, general-mayor Kənan Seyidov Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi ilə bağlı Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə məruzə edib.

"Möhtərəm Prezident! Cənab Müzəffər Ali Baş Komandan! Əmrinizə əsasən, Azərbaycan Ordusu Laçın şəhərini, Zabux və Sus yaşayış məntəqələrini tam nəzarətə götürdü. Laçın şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı dalğalanır. Yaşasın Azərbaycan! Yaşasın Müzəffər Ali Baş Komandan! Qarabağ Azərbaycandır!"



AzVision.az


Teqlər:



Xəbər lenti