"İtə ataram, yada satmaram": Rusiya hər gün 10 milyon dollarlıq qazı məhv edir - FOTOLAR

      "İtə ataram, yada satmaram":    Rusiya hər gün 10 milyon dollarlıq qazı məhv edir -   FOTOLAR
  26 Avqust 2022    Oxunub:2975
Rusiya əvvəllər Almaniyaya ixrac etdiyi böyük həcmdə olan təbii qazı indi sadəcə, yandırır. Finlandiya ilə sərhədin yaxınlığındakı zavodda hər gün təxminən 10 milyon dollar dəyərində qaz sözün həqiqi mənasında havaya sovrulur.
AzVision.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Norveçin "Rystad Energy" konsaltinq şirkətinin təhlillərinə əsasən, məşəldə gündəlik təxminən 4,34 milyon kubmetr qaz tələf edilir. O, Sankt-Peterburqun şimal-qərbində yerləşən yeni mayeləşdirilən təbii qaz zavodu "Portovaya"dan gəlir.

"Portovaya" qazı dənizin dibi ilə Almaniyaya nəql edən “Şimal axını-1” kəmərinin başlanğıcındakı kompressor stansiyasının yaxınlığında yerləşir. Burada nələrinsə qaydasında getmədiyi yayın əvvəlində Finlandiya vətəndaşlarının sərhəddə böyük alovları görməsindən sonra aydınlaşdı.


Boru kəməri ilə təchizat iyulun ortalarından etibarən məhdudlaşdırılıb. Ruslar bəyan etdilər ki, qazın verilməsində yaranmış məhdudiyyətlərin səbəbi texniki problemlərdir. Lakin Almaniya bunu Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Moskvanın atdığı növbəti siyasi addım kimi qiymətləndirdi.

İyun ayından başlayaraq tədqiqatçılar təbii qazın belə kütləvi şəkildə yandırılması səbəbindən obyektdən gələn istiliyin əhəmiyyətli dərəcədə artdığını qeyd etdilər. Qazın məşəllərdə yandırılması emal müəssisələrində adi hal olsa və bəzən texniki və ya təhlükəsizlik səbəbləri ilə həyata keçirilsə də, budəfəki prosesinin miqyası mütəxəssisləri çaşqın vəziyyətə salıb.

- Mən heç vaxt qaz məşəlinin belə parıldamasını görməmişdim. Biz bu nəhəng parıltını təxminən iyun ayından bəri görürük və o, yoxa çıxmadı. Alov çox anormal dərəcədə böyük görünür,- Ohayo ştatındakı Mayami Universitetində çalışan peyk məlumatları üzrə ekspert doktor Cessika Makkarti deyib.


Qazların məşəldə yandırılması ilə bağlı həll yollarının tapılması ilə məşğul olan "Capterio" şirkətinin baş direktoru Mark Davisin isə deyib ki, müşahidə olunan hadisələr təsadüfi deyil, o, daha çox müəyyən əməliyyat səbəblərinə görə düşünülmüş qərardır.
Bu qazyandırma əməliyyatının ətraf mühitə təsiri alimləri də narahat edir. Onlar atmosferə buraxılan böyük həcmdə karbon qazı və hisin Arktika buzlarının ərimə prosesini surətləndirəcəyindən narahatdırlar.
Avropada qaz böhranı kəskinləşir

Tədqiqatçıların fikrincə, metanı xammal şəkildə havaya buraxmaqdansa, onu məşəldə yandırmaq daha yaxşıdır. Çünki metan çox güclü iqlim dəyişikliyinə, istiləşməyə səbəb olur.
Rusiya ümumilikdə qazın məşəl formasında yandırılması sahəsində təcrübəyə malikdir. Dünya Bankının məlumatına görə, o, qazın məşəldə yandırılması üzrə bir nömrəli ölkə sayılır.
Lakin indiki məşəldən gündəlik təxminən 9000 ton Karbon 2 Oksid atılmasından başqa, yandırma prosesi digər ciddi problemlərə də yol açır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Almaniya   Qaz   Rusiya  



Xəbər lenti