Ruslar biznesini Gürcüstana köçürür

Ruslar biznesini Gürcüstana köçürür
  30 Avqust 2022    Oxunub:964
Gürcüstanda biznes strukturları yaradan Rusiya vətəndaşlarının sayı artıb.
Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına əsasən yanvarın 1-dən avqustun 1-dək Gürcüstanda Rusiya vətəndaşlarına məxsus 7459 biznes subyekti qeydiyyata alınıb.

Bildirilir ki, qeydiyyatdan keçmiş Rusiya vətəndaşlarına məxsus biznes müəssisələrinin 544-ü Məhdud Məsuliyyətli Cəmiyyət (MMC), 6913-ü fərdi sahibkarlıq subyekti, 2-si isə xarici müəssisələrin filiallarıdır.

AzVision.az


Teqlər:



Xəbər lenti