"Ukrayna Krım sakinlərini təxliyə etməyi planlaşdırır" - Podolyak

   "Ukrayna Krım sakinlərini təxliyə etməyi planlaşdırır" -    Podolyak
  30 Avqust 2022    Oxunub:1224
Ukrayna artıq işğal olunmuş Krımın sakinləri üçün təxliyə marşrutları hazırlayır. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna prezident aparatı rəhbərinin müşaviri Mixail Podolyak “Twitter” səhifəsində məlumat verib.
O, paylaşımında vurğulayıb ki, Ukrayna üçün vətəndaşların həyatı qeyd-şərtsiz prioritetdir.

"Buna görə də biz artıq aktiv işğal zamanı yarımadanı tərk etmək istəyən işğal olunmuş Krımın sakinləri üçün təxliyə marşrutları hazırlayırıq. Bu arada hər kəsdən hərbi obyektlərdən mümkün qədər uzaq durmağı və sığınacaqları yoxlamağı xahiş edirik", - Podolyak yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Krım  



Xəbər lenti