ABŞ Azərbaycan və Ermənistana sülh sazişi ilə bağlı çağırış edib

   ABŞ Azərbaycan və Ermənistana sülh sazişi ilə bağlı çağırış edib
  31 Avqust 2022    Oxunub:1534
ABŞ hakimiyyəti Azərbaycan və Ermənistanı diplomatik əməkdaşlığı fəallaşdırmağa və hərtərəfli sülh sazişi əldə etməyə çağırır.
Bunu Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin birinci müavini Vedant Patel keçirdiyi brifinqdə deyib. Jurnalistlərdən biri ABŞ xarici siyasət departamentinin nümayəndəsindən Moskvada Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın iclasını, eləcə də Brüsseldə keçiriləcək Ermənistan və Azərbaycan liderləri arasında baş tutacaq danışıqları şərh etməyi xahiş edib:

“Mənim heç bir yeni bəyanatım yoxdur. Mən yalnız əvvəl dediklərimizi deyə bilərəm: ABŞ Cənubi Qafqaz üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyin təşviqinə sadiqdir. Biz Ermənistan və Azərbaycanı diplomatik fəaliyyəti aktivləşdirməyə və hərtərəfli sülh sazişi əldə etməyə çağırırıq”-deyə, o bildirib.

AzVision.az


Teqlər:



Xəbər lenti