Almaniya Ukraynaya 686 milyon avroluq hərbi məhsullar göndərib

Almaniya Ukraynaya 686 milyon avroluq hərbi məhsullar göndərib
  31 Avqust 2022    Oxunub:908
Almaniya hökuməti bu il təxminən 5,1 milyard avro dəyərində hərbi təyinatlı məhsulların tədarükünü təsdiqləyə bilib və Ukrayna artıq təxminən 686 milyon avroluq belə məhsullar alıb.
Bu barədə Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin silah ixracı ilə bağlı təqdim etdiyi hesabatda deyilir. Ukrayna NATO üzvü olmayan və alyansın tərəfdaşı sayılmayan dövlətlər arasında alman silahlarının ən mühüm alıcısına çevrilib.

Sonuncular Avstraliya, İsveçrə və Yeni Zelandiyadır. Bu il Almaniyadan “üçüncü ölkələrə” hərbi malların ixracının 56%-i Ukraynanın payına düşür. Almaniya ötən ilin eyni dövründə ümumilikdə 2,9 milyard avro dəyərində silah ixrac edib.


AzVision.az


Teqlər:



Xəbər lenti