"Kiyev bəzi bölgələrdə cəbhə xəttini dəyişib" - Britaniya kəşfiyyatı

   "Kiyev bəzi bölgələrdə cəbhə xəttini dəyişib" -  Britaniya kəşfiyyatı
  31 Avqust 2022    Oxunub:953
Ukrayna qoşunları nisbətən zəif möhkəmləndirilmiş Rusiya müdafiəsindən istifadə edərək cəbhə xəttini dəyişib. AzVision.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının “Twitter”dəki hesabatında məlumat verilib.
Qeyd edilir ki, buna cavab olaraq, Rusiya Donbassdan məlum ərazilərə bölmələr göndərməklə yaranmış boşluqları bağlamağa çalışacaq.

Britaniya kəşfiyyatı Kiyevin əks-hücumlarını dəyərləndirdi
Rusiya komandanlığı həmçinin Ukrayna Silahlı Qüvvələrinin əks-hücum fəaliyyətlərindən əziyyət çəkən hərbi qüvvələri gücləndirmək üçün yeni əlavə birliklər yaradır.

Həmçinin Britaniya kəşfiyyatı artıq qismən Zaporojye istiqamətinə köçürülmüş üçüncü ordu korpusu haqqında da danışıb. Hərbçilər yeni yaradılmış rus batalyonlarının effektivliyinə şübhə ilə yanaşırlar.

“Üçüncü Ordu Korpusu çox güman ki, kifayət qədər heyətlə təmin olunmur və bu qoşunlar məhdud təlimə malikdirlər”, - ingilis kəşfiyyatı yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Kəşfiyyat   Rusiya  



Xəbər lenti