Finlandiyada radioaktiv izotoplar aşkar edilib

Finlandiyada radioaktiv izotoplar aşkar edilib
  31 Avqust 2022    Oxunub:1973
Finlandiyanın Radiasiya və Nüvə Təhlükəsizliyi İdarəsi (STUK) ölkənin cənub-şərqində yerləşən Kotka şəhəri yaxınlığında az miqdarda radioaktiv izotop aşkarlayıb.
Bu barədə idarənin yaydığı məlumatda deyilir. Belə ki, Kotka şəhərində hava nümunəsinin analizi zamanı sirkonium və niobiumun az miqdarda radioaktiv izotopları, həmçinin sezium-137 izotopunun bir qədər yüksək konsentrasiyası qeydə alınıb.

Qeyd olunub ki, bu maddələrin atmosferdə müşahidə olunan tərkibi anormal deyil, ətraf mühitə və insan sağlamlığına təhlükə yaratmır.


AzVision.az


Teqlər:



Xəbər lenti