Reper Potap iflic olub

Reper Potap iflic olub
  31 Avqust 2022    Oxunub:1264
Ukraynanın məşhur reperi Potap (əsl adı - Aleksey Potapenko) sağlamlığı ilə bağlı ciddi problemlər yaşayır.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb stress və ciddi narahatlıqlar olub.

Hal-hazırda 41 yaşlı musiqiçi Avropada müalicə olunur.

Həyat yoldaşı Nastya Kamenskix xarici mətbuata verdiyi müsahibədə qeyd edib ki, Potapın mənəvi gərginliyi onun üzünün yarısnın iflic olmasına səbəb olub.

Xatırladaq ki, Potap Rusiya haqqında mənfi ifadələr işlədib. Bu səbəbdən repçiyə və onun həyat yoldaşına 2072-ci ilədək Rusiya sərhədini keçmək qadağası qoyulub.

Şəms Şahinli
AzVision.az


Teqlər:



Xəbər lenti