Yeni virus yayıllır - Ağcaqanadlardan keçir

   Yeni virus yayıllır - Ağcaqanadlardan keçir
  31 Avqust 2022    Oxunub:1304
Yunanıstanda adətən ağcaqanadlar vasitəsilə yayılan Qərbi Nil virusu səbəbi ilə 11 nəfər ölüb.
AzVision.az xəbər verir ki, artıq 123 nəfərdə bu virus yoluxması qeydə alınıb.

Xəstələrin 74-ündə mərkəzi sinir sisteminə təsir edən simptomların olduğu, 49-unda isə ya yüngül simptomların olduğu, ya da heç bir əlamətin olmadığı bildirilib.

Yunanıstanda ötən həftə sözügedən virusa 36 yeni yoluxma hadisəsi qeydə alınıb.

AzVision.az



Teqlər:



Xəbər lenti