Nigeriyada daşqınlar nəticəsində 60 nəfər ölüb

   Nigeriyada daşqınlar nəticəsində 60 nəfər ölüb
  31 Avqust 2022    Oxunub:1325
Nigeriyada daşqınlar və çoxsaylı torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nigeriya Milli Fövqəladə Hallar Agentliyinin nümayəndəsi Məhəmməd Usman bildirib.

Ölkənin şimal-şərqindəki Borno əyalətinin paytaxtı Maiduquri şəhərinin inzibati sərhədlərində daha 15 nəfərin meyiti tapılıb.

Qeyd edək ki, Nigeriyanın şimal-şərqində bir neçə gündür yağan leysan yağışları sel və çoxsaylı sürüşmələrə səbəb olub.


Teqlər:



Xəbər lenti