Lavrov Moldova, Finlandiya və İsveçə xəbərdarlıq edib

  Lavrov Moldova, Finlandiya və İsveçə xəbərdarlıq edib
  01 Sentyabr 2022    Oxunub:758
NATO bazaları alyansa daxil olduqdan sonra Finlandiya və İsveç ərazilərində peyda olarsa, Rusiya buna cavab olaraq şimal-qərbdəki imkanlarını gücləndirməyə məcbur olacaq.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva bildirib. Onun sözlərinə görə, vəziyyət hərbi bazaların Finlandiya və İsveç ərazilərində yerləşdiriliməsindən asılı olacaq:

"Bütün bunların necə reallaşmasından asılı olaraq, əlbəttə ki, biz Rusiyanın şimal-qərbində imkanlarımızı gücləndirmək barədə qərar qəbul edəcəyik. Hər halda NATO ilə təmas xətti köklü şəkildə artacaq".

Lavrov həmçinin Moldovaya xəbərdarlıq edib: "Dnestryanıda Rusiya hərbçilərinin təhlükəsizliyinə xələl gətirəcək istənilən hərəkət Rusiyaya hücum kimi qiymətləndiriləcək".

AzVision.az


Teqlər:



Xəbər lenti