Argentinanın Vitse-prezidentini öldürmək istədilər - VİDEO

   Argentinanın Vitse-prezidentini öldürmək istədilər -  VİDEO
  02 Sentyabr 2022    Oxunub:824
Argentinanın Vitse-prezidenti Kristina Fernandez de Kirşnerə qarşı sui-qəsd cəhdi olub.
Bunu Argentina Prezidenti Alberto Fernandes deyib. Onun sözlərinə görə, Vitse-prezidentə hücum edən şəxs tətiyi çəkə bilib. “Kristina ona görə sağdır ki, texniki cəhətdən hələ dəqiqləşdirilməmiş naməlum səbəblərdən, tətiyin çəkilməsinə baxmayaraq, silah atəş açmayıb”.

Cümə axşamı günü polis, Buenos-Ayresdəki evinin qarşısında vitse-prezidentə silah tuşlayan şəxsi saxlayıb. “Cinco Noticias” telekanalının efirində nümayiş etdirilən kadrlarda izdihamın arasında dayanan şəxsin Fernandes de Kirşnerə silahla az qala yaxından yaxınlaşa bildiyi görünür.




Teqlər:



Xəbər lenti