Ermənistanda hərbçi ölüb

   Ermənistanda hərbçi ölüb
  02 Sentyabr 2022    Oxunub:759
Ermənistanda hərbçi ölüb. AzVision.az xəbər verir ki, bu barədə ölkənin kriminal saytı olan "Shamshiyan" məlumat yayıb.
Bildirilir ki, bu gün Zəngəzurda dəhşətli qəza baş verib. Saat 01:00 radələrində Marz sakini 23 yaşlı Pavlik B. Çəmbərək-Draxtik yolunun 2-ci km-də avtomobillə yolun hərəkət zolağından çıxararaq, yolda quraşdırılmış metal maneələrə çırpılıb. Avtomobil bir neçə dəfə fırlanıb.

"Fotomüxbir Qaqik Şamşyanın sözlərinə görə, qəza nəticəsində Pavlik B. yerindəcə dünyasını dəyişib. Müəyyən edilib ki, o, Ermənistan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müqaviləli hərbi qulluqçu kimi xidmət edib", - nəşr yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  



Xəbər lenti