"Qarabağın müstəqilliyini unudun" - Erməni politoloq

   "Qarabağın müstəqilliyini unudun" -    Erməni politoloq
  02 Sentyabr 2022    Oxunub:1336
Qarabağın müstəqilliyi artıq real deyil. AzVision.az xəbər verir ki, bunu erməni politoloq Suren Surenyanç deyib.
Son siyasi prosesləri şərh edən siyasi ekspert etiraf edib ki, indiki şərtlər 90-cı illərdə olduğu kimi deyil. 2022-ci ilin 2 sentyabrında ermənilərin artıq səhv etmək hüquqlarının qalmadığını deyən Suren 1991-ci ilin eyni tarixini xatırladıb.

- Sentyabrın 2-də Xankəndidə "Dağlıq Qarabağ Vilayəti" və "Şaumyan" rayon Deputatlar Sovetinin birgə iclası keçirildi və həmin iclasda “Dağlıq Qarabağ Respublikasının Bəyannaməsi haqqında Bəyannamə” qəbul edilmişdir.

Bayramlarda, bir qayda olaraq, pafos və boğazdan yuxarı sözlərimiz əskik olmur. Lakin bu gün, 44
günlük qanlı müharibədən sonra Qarabağın müstəqilliyi ilə bağlı gündəliyin artıq real olmadığını qəbul etməliyik. Bundan sonra bütün səylərimizi Qarabağdakı ermənilərinin təhlükəsizliyinin təmin edilməsinə yönəltməliyik. Bugünkü məsləhətlər realizm olmalıdır. Xankəndidəki "rəhbərlər" real gündəmi qəbul etməli, Rusiyanın vasitəçiliyi ilə və ya birbaşa Azərbaycan hakimiyyəti ilə dialoqa başlamalıdır. 2 sentyabr 2022-ci ildə biz bəyan etməliyik ki, artıq səhv etmək hüququmuz yoxdur",- politoloq gileylənib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Qarabağ  



Xəbər lenti