İrəvanda Paşinyanın əleyhinə mitinq keçirilib

   İrəvanda Paşinyanın əleyhinə mitinq keçirilib
  02 Sentyabr 2022    Oxunub:693
Ermənistanın paytaxtı İrəvanda müxalif Müqavimət hərəkatı Baş nazir Nikol Paşinyanın istefası tələbilə mitinq keçirib.
AzVision.az xəbər verir ki, mitinqdə müxalifət hərəkatının liderlərindən olan deputat İşxan Saqatelyan çıxış edib.

O bildirib ki, müxalifət parlament vasitəsilə Baş nazir Nikol Paşinyanın istefasına nail olmaq niyyətindədir, lakin bunun üçün geniş ictimai təzyiq lazımdır.

Etirazçılar parlamentin üçdə bir hissəsinin (107 deputatdan 36-sı) köməyi ilə etimadsızlıq səsverməsi irəli sürməyi planlaşdırır.

AzVision.az


Teqlər:



Xəbər lenti