Ağ ev Konqresdən 47 milyard dollar istədi
Prezident Co Bayden səhiyyə sahəsində yeni təşəbbüslər üçün 22,4 milyard dollar ayrılmasını xahiş edib. Bu məbləğ koronavirusa qarşı mübarizəyə və əhalini sürətlə yayılmaqda olan meymunçiçəyindən qorumağa yönəldiləcək. Ağ ev ümidvar olduğunu bildirib ki, bu həftə başa çatan ABŞ-ın bütün sakinləri üçün pulsuz COVID-19 testləri proqramı yenidən bərpa olunacaq.
Davam etməkdə olan Ukrayna-Rusiya müharibəsi ilə əlaqədar Ukraynaya kömək üçün Ağ ev daha 11,7 milyard dollar xahiş edib. Bu vəsait təhlükəsizliyin təmin edilməsinə və iqtisadi yardıma sərf ediləcək. Bayden administrasiyasının nümayəndəsi deyib: “Biz Ukrayna xalqını dəstəkləmək və demokratiyanı qorumaq üçün bütün dünyanı birliyə çağırmışıq. Biz Ukraynaya bu dəstəyin tükənməsinə sadəcə yol verə bilmərik”,
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


