Britaniyada axşam saat 8-dən əvvəl yemək bişirmək qadağan edilə bilər

   Britaniyada axşam saat 8-dən əvvəl yemək bişirmək qadağan edilə bilər
  03 Sentyabr 2022    Oxunub:828
Böyük Britaniyada enerji böhranı nəticəsində əhaliyə axşam saat 8-ə qədər yemək bişirmək qadağan oluna bilər, pablar isə yalnız axşam saat 9-a qədər işləyəcək.
Bu barədə “Daily Mail” məlumat yayıb. İngilislərə saat 14.00-dan 20.00-a qədər paltaryuyan, qabyuyan maşın və sobadan istifadənin qadağan ediləcəyi izah edilir. İnsanlar həftə içi saat 18:00-da ailə yeməyindən və ya bazar günü 17:00-da qızardılmış yeməkdən imtina etməli və onu daha gec vaxta keçirməli olacaqlar.

Eyni zamanda publar saat 21:00-da işıqları söndürəcək, son sifarişlər isə saat 20.30-da qəbul ediləcək. İqtisadiyyatdakı mövcud vəziyyətlə əlaqədar Britaniyada yeni məhdudiyyətlərin nə qədər davam edəcəyi hələlik məlum deyil.

AzVision.az


Teqlər:



Xəbər lenti