Ərdoğan və Putin arasında telefon danışığı olub
Məlumata görə, Ərdoğan Putinlə telefon danışığında Mixail Qorbaçovun vəfatı ilə bağlı başsağlığı verib, siyasətçinin bütün dünya tarixindəki rolunu qeyd edib.
Rusiya və Türkiyə prezidentləri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) Zaporojye AES-ə missiyasının təşkilində Rusiyanın konstruktiv rolunu qeyd ediblər. Həmçinin ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi və enerji sektorunda birgə strateji layihələrin təşviqi məsələləri müzakirə edilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


