"Kiyevin AES-i ələ keçirmək cəhdinin qarşısı alınıb" - Rusiya Müdafiə Nazirliyi

   "Kiyevin AES-i ələ keçirmək cəhdinin qarşısı alınıb" -  Rusiya Müdafiə Nazirliyi
  03 Sentyabr 2022    Oxunub:722
Rusiya hərbçiləri cümə günü axşam Kiyevin Zaporojyedə qoşun yerləşdirməyə və Zaporojye Atom Elektrik Stansiyasını (AES)i ələ keçirməyə yönəlik etdiyi yeni cəhdlərinin qarşısını alıblar. Nəticədə 47 yaraqlı öldürülüb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"MAQATE nümayəndələrinin Zaporojye AES-də olmasına baxmayaraq, Kiyev rejimi növbəti dəfə AES-i ələ keçirməyə cəhd edib. Sentyabrın 2-də Moskva vaxtı ilə saat 23:00 radələrində iki qrup qayıqlarda olan xüsusi əməliyyat qüvvələri və əcnəbi muzdlulardan ibarət 250 nəfərdən çox desant qüvvəsi olan ümumi sayı 42 bölmədən ibarət qoşun Enerqodar və Dneproprudnı yaxınlığındakı Kaxovka su anbarının sahilinə enməyə cəhd edib”, - Rusiya Müdafiə Nazirliyinin şənbə günü yaydığı hesabatında deyilir.

Qeyd edilir ki, desant qüvvələri Rusiya Aerokosmik Qüvvələri tərəfindən dörd Su-30 və iki Ka-52 helikopteri ilə vurulub. Nəticədə 20 kater və qayıq məhv edilib. Qalan qayıqlar geri dönüb Ukrayna sahilləri istiqamətində yola düşüblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti