Ukrayna limanlarından 9 əvəzinə, 1 ərzaq gəmisi yola salınıb

Ukrayna limanlarından 9 əvəzinə, 1 ərzaq gəmisi yola salınıb
  03 Sentyabr 2022    Oxunub:753
Ukrayna limanlarında əlverişsiz hava şəraiti ilə əlaqədar ərzaqla dolu 9 gəmi qalsa da, bu gün onlardan yalnız biri yola düşüb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin tviter səhifəsində məlumat verilib.

“Regionda əlverişsiz hava şəraiti ilə əlaqədar Ukrayna limanlarında 9 gəmi yola düşməyi gözləsə də, cəmi 1 gəmi limandan ayrılıb”, - məlumatda deyilir.

Daha əvvəl Ukraynanın “Yujnıy” dəniz ticarət limanının yüklərin emalını bərpa etdiyi bildirilmişdi.

AzVision.az



Teqlər: Ukrayna   Ərzaq-Gəmisi  



Xəbər lenti