Zaporojye AES-i elektrik şəbəkəsindən ayırdılar

Zaporojye AES-i elektrik şəbəkəsindən ayırdılar
  03 Sentyabr 2022    Oxunub:1095
Rusiya silahlı qüvvələrinin nəzarətində olan Zaporojye AES elektrik şəbəkəsindən ayrılıb.
AzVision.az istinadla xəbərinə görə, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) stansiyada daimi əsasda fəaliyyət göstərən əməkdaşları məlumat verib.

Bununla yanaşı, fəaliyyətdə olan 2 reaktordan biri dayandırılıb. Digər reaktor isə yalnız stansiyanın zəruri ehtiyaclarını ödəmək üçün işləyir. Bu ehtiyaclara ilk növbədə reaktorların soyudulması, işıqlandırma və təhlükəsizlik sistemlərinin işləməsi daxildir.

Qeyd edək ki, Ukraynanın Enerqodar şəhərində yerləşən Zaporojye AES martın 4-də Rusiyanın nəzarətinə keçib.

AzVision.az



Teqlər: Zaporojye   AES  



Xəbər lenti