"Kabildəki səfirliyin təhlükəsizliyi gücləndirilib" - Lavrov

   "Kabildəki səfirliyin təhlükəsizliyi gücləndirilib" -    Lavrov
  05 Sentyabr 2022    Oxunub:709
Rusiyanın Kabildəki səfirliyinin mühafizə tədbirləri Əfqanıstan əks-kəşfiyyatının əlavə qüvvələrinin cəlb edilməsi ilə gücləndirilib. xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov tacikistanlı həmkarı ilə danışıqlara başlamazdan əvvəl deyib.
"Xarici perimetrin mühafizəsini gücləndirmək üçün dərhal bir sıra tədbirlər görüldü, "Taliban" hakimiyyətinin əlavə qüvvələri cəlb edildi, Əfqanıstanın kəşfiyyat və əks-kəşfiyyat xidmətinin imkanlarından istifadə edildi. Ümid edək ki, bu terror aktının təşkilatçıları və Onun günahkarları yaxın gələcəkdə cəzalandırılacaqlar”, - Lavrov deyib.

Qeyd edək ki, bir müddət öncə Rusiyanın Əfqanıstandakı səfirliyi qarşısında partlayış olması barədə məlumat yayılıb. Partlayış nəticəsində 15-20 nəfərin öldüyü və ya yaralandığı güman edilir. Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, ölənlərdən ikisi Rusiya səfirliyinin əməkdaşıdır.
Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Səfirlik  



Xəbər lenti