Avropa son yarım əsrin ən ağır quraqlığı ilə üzləşib

 Avropa son yarım əsrin ən ağır quraqlığı ilə üzləşib
  05 Sentyabr 2022    Oxunub:699
Yanvar-iyun aylarında planetin bir çox ölkələrində quraqlıqdan qlobal zərər ən azı 13,2 milyard dollar təşkil edib.
Bu barədə “Nikkei” iqtisadi qəzeti “Aon” beynəlxalq sığorta şirkətinin hesablamalarına istinadən yazır. Mütəxəssislərin fikrincə, Avropa İttifaqı ölkələri hazırda son 500 ilin ən ağır quraqlığına məruz qalıb.

Quraqlıq həmçinin ABŞ-ın qərbində, Pakistanda və Çində də tüğyan edir. Çində çayların dayazlaşması səbəbindən bir sıra su elektrik stansiyalarında elektrik enerjisi istehsalı təxminən 40% azalıb.

Sıçuan əyalətində bu səbəbdən “Toyota Motor” Korporasiyasının montaj zavodu müvəqqəti olaraq dayandırılıb.


AzVision.az


Teqlər:



Xəbər lenti