Çindəki zəlzələdə 30 nəfər ölüb

Çindəki zəlzələdə 30 nəfər ölüb
  05 Sentyabr 2022    Oxunub:736
Çinin Siçuan vilayətində baş verən 6,8 bal gücündə zəlzələdə ölənlərin sayı 30-a çatıb.
Çinin Fövqəladə Halların İdarəedilməsi Nazirliyi təbii fəlakət baş verən Qanzi Tibet muxtar prefekturasında ən yüksək səviyyədə fövqəladə hazırlıq elan edib. Dağıntılar altında insanların qaldığı güman olunur.

Hökumət təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinə 50 milyon yuan (təxminən 7,25 milyon ABŞ dolları) vəsait ayırıb.

Vəsait axtarış-xilasetmə işlərinə, təbii fəlakətdən zərər görən sakinlərin təxliyəsinə və yerləşdirilməsinə, dağılmış tikililərin bərpasına yönəldiləcək. Təbii fəlakətə görə evlərini tərk edənlərin yerləşdirilməsi üçün 3 min çadır və 10 min çarpayı ayrılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti