Ölümü ilə 80 nəfəri xilas etdi

   Ölümü ilə 80 nəfəri    xilas etdi
  06 Sentyabr 2022    Oxunub:883
Meksikanın San Luis Potosi əyalətində yaşayan 31 yaşlı şəxs ölümündən sonra orqanlarının bağışlanmasını vəsiyyət edib.
O, 50 nömrəli Ümumi Regional Xəstəxanada öldükdən sonra orqanları götürülərək ehtiyacı olan şəxslərə köçürülüb. Xəstəxana rəsmilərinin məlumatına görə, əməliyyat nəticəsində donorun bədənindən mədəaltı vəzi, ürəyi, qaraciyəri, buynuz qişası, dərisi, böyrəyi və əzələ toxumaları götürülərək donora ehtiyacı olan 80 nəfərə ümud olub.

Mərhumun bədəni xəstəxanadan çıxarılarkən, koridorda gözləyən tibb işçiləri tərəfindən alqışlarla son mənzilə yola salınıb.

Şəms Şahinli
AzVision.az



Teqlər:



Xəbər lenti