Cərimələrdən bezən baş redaktor Rusiyanı tərk etdi

   Cərimələrdən bezən baş redaktor Rusiyanı tərk etdi
  06 Sentyabr 2022    Oxunub:805
Rusiyalı jurnalist, “The New Times” qəzetinin baş redaktoru Yevgeniya Albats ölkədən gedib. AzVision.az xəbər verir ki, o, özünün YouTube kanalında Rusiyanı tərk etdiyini açıqlayıb.
Baş redaktorun sözlərinə görə, o, bundan sonra Nyu-Yorkda universitetdə dərs deyəcək.

- Niyə mən nəhayət ölkədən getmək təklifini qəbul etdim? Sizə deyim. Dörd inzibati ofisim olduğu üçün məni "xarici agent" elan etdilər və həbsimə təxminən üç-dörd həftə qalması məlum oldu, - Albats deyib.

Jurnalist qeyd edib ki, o, getmə məsələsini sərt rejimli koloniyada cəza çəkən müxalifətçi Aleksey Navalnı ilə də müzakirə edib.

- O, mənə dedi ki, Jenya, axmaqlıq etmə, getməlisən, - jurnalist vurğulayıb.

Qeyd edək ki, Evgeniya Albats “The New Times” jurnalının baş redaktorudur. İyulun 29-da Rusiya Ədliyyə Nazirliyi jurnalisti kütləvi informasiya vasitələrinin - “xarici agentlər” reyestrinə daxil edib. Bu ilin yaz və yay aylarında məhkəmə Albatsı və onun nəşrini “saxta məlumatlar” (İnzibati Xətalar Məcəlləsinin 13.15-ci maddəsinin 9-cu hissəsi) yaymaq üzrə inzibati maddə ilə cərimələyib. Martın 30-da Albatsa 120.000 rubl cərimə kəsildi. İyulda Moskvanın Simonovski Rayon Məhkəməsi isə “The New Times” qəzetini 600 min, baş redaktoru 70 min rubl məbləğində cərimələyib.
Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti