ABŞ yarımkeçirici istehsalının inkişafına 50 milyard ayıracaq

ABŞ yarımkeçirici istehsalının inkişafına 50 milyard ayıracaq
  06 Sentyabr 2022    Oxunub:775
ABŞ Ticarət Nazirliyi yarımkeçirici istehsalının inkişafı üçün 50 milyard dollar ayrıldığını açıqlayıb.
Qeyd olunur ki, bu, son illərdə sənayenin ən böyük maliyyələşdirilməsidir. The New York Times qəzetinin yazdığına görə, CHIPS for America (Yarımkeçiricilər İstehsalı üçün Faydalı Təşviqlərin yaradılması) fondu 28 milyard dollar ayıracaq, vəsait istehsal və montaj imkanlarının artırılması üçün qrantlara yönəldiləcək.

Daha 10 milyard dollar avtomobil və rabitə sənayesində istifadə edilən köhnə nəsil çiplər üçün texnologiyaların istehsalının genişləndirilməsinə xərclənəcək. Onlar tədqiqat və inkişaf sahəsində təşəbbüslərə 11 milyard dollar ayırmağı planlaşdırırlar.

AzVision.az


Teqlər:



Xəbər lenti