İsrail Baş naziri İrana xəbərdarlıq etdi

   İsrail Baş naziri İrana xəbərdarlıq etdi
  06 Sentyabr 2022    Oxunub:760
“İsrail İrandan qaynaqlanan hər bir təhlükəyə hazırdır”.
AzVision.az xəbər verir ki, Baş nazir Lapid deyib. İsrailin hökumət başçısı deyib ki, ölkəsi hər təhlükə və hər bir ssenariyə hazırdır:

“İran bizi sınamağa davam edərsə, ölkəmizin imkanlarını kəşf edəcək. Biz terrorizmə və bizə zərər vermək istəyənlərə qarşı bütün cəbhələrdə fəaliyyət göstərməyə davam edəcəyik. ABŞ Prezidenti Cozef Bayden və mən razılaşmışıq ki, İsrail İranın nüvə təhlükəsinə çevrilməsi ehtimalının qarşısını almaq üçün lazım bildiyimiz kimi hərəkət etmək azadlığına malikdir”.

AzVision.az


Teqlər:



Xəbər lenti