Ukrayna bir neçə yaşayış məntəqəsini azad etdi

   Ukrayna bir neçə yaşayış məntəqəsini azad etdi
  06 Sentyabr 2022    Oxunub:984
Ukrayna Silahlı Qüvvələri Ukraynanın cənubundakı bəzi yaşayış məntəqələrini ruslardan geri alıb. Lakin işğalçıların kütləvi zərbələrinə məruz qalmamaq üçün işğaldan azad edilmiş ərazilər barədə sonra məlumat veriləcək.
AzVision.az xəbər verir ki, bunu Ukraynanın Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin sədri Nataliya Qumenyuk “Azadlıq” telekanalının efirində deyib.

Onun sözlərinə görə, hazırda rəsmi açıqlama hazırlanır.

- Mövqe döyüşlərini davam etdiririk, artıq azad etdiyimiz ərazilər var və bu ərazilərin tamamilə Ukraynanın yurisdiksiyasında olan ərazilər kimi elan olunması üçün təxmini vaxt var. Ona görə də bir az da gözləyək, bu məsələ ilə bağlı rəsmi məlumat hazırlayərıq, - Qumenyuk deyib.

Qumenyuk əlavə edib ki, ruslar özlərindən geridə minalanmış əraziləri və obyektlər qoyub gedirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti