"Bu barədə Ərdoğanla məsləhətləşəcəyəm" - Putin

 "Bu barədə Ərdoğanla məsləhətləşəcəyəm" -  Putin
  07 Sentyabr 2022    Oxunub:800
Rusiya prezidenti Vladimir Putin Ukraynadan Avropaya taxıl və ərzaq ixracının məhdudlaşdırılması məsələsini Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla müzakirə etmək niyyətində olduğunu açıqlayıb.
"Ukrayna taxılının ixracını təmin etmək üçün hər şeyi etdik. Biz bunu Türkiyə ilə birlikdə etdik. Əgər Türkiyəni vasitəçi ölkə kimi istisna etsək, demək olar ki, Ukraynadan ixrac edilən taxıl inkişaf etməkdə olan kasıb ölkələrə deyil, Aİ ölkələrinə göndərilir", - Putin Vladivostokda keçirilən Dünya İqtisadi Forumunun plenar sessiyasında bildirib.

Putin BMT-nin Ümumdünya Ərzaq Proqramı çərçivəsində “87 gəmidən yalnız ikisinin” yükləndiyini vurğulayıb.

"Və 2 milyon ton taxıldan 60 min tonu onlara ixrac edilib. Demək istəyirəm ki, son onilliklər, yüzilliklər ərzində bir çox Avropa ölkələri necə müstəmləkəçilik edirdilərsə, bu gün də fəaliyyətlərini davam etdirirlər. Sadəcə, növbəti dəfə inkişaf etməkdə olan ölkələri aldatdılar və aldatmağa davam edirlər”, - Putin deyib.

"Təəssüf ki, bu yanaşma ilə dünyada ərzaq problemlərinin miqyası daha da artacaq. Bu, görünməmiş humanitar fəlakətə səbəb ola bilər. Bəlkə bu marşrutla taxıl və ərzaq ixracını məhdudlaşdırmaq barədə düşünməyə dəyər? Bu barədə mütləq Türkiyə Prezidenti cənab Ərdoğanla məsləhətləşəcəyəm.

Səbinə Həsənova
AzVision.az



Teqlər:



Xəbər lenti