Putin: "MAQATE ABŞ-ın təzyiqi altında atəşin haradan gəldiyini demir"

      Putin:    "MAQATE ABŞ-ın təzyiqi altında atəşin haradan gəldiyini demir"
  07 Sentyabr 2022    Oxunub:722
Rusiya prezidenti Vladimir Putin MAQATE-nin Zaparojye Atom Elektrik Stansiyasındakı (ZAES) missiyasından danışıb. AzVision.az xəbər verir ki, o, təşkilatın AES-dəki vəziyyətlə bağlı hesabatına inandığını deyib.
Amma nüvə agentliyi ABŞ və Avropa İttifaqının təzyiqi altındadır və stansiyanın atəşə tutulmasının Ukrayna tərəfindən baş tutduğunu birbaşa deyə bilməz.

- MAQATE məsuliyyətli beynəlxalq təşkilatdır və onun rəhbəri çox peşəkar insandır. Təbii ki, onlar işlədikləri dövlətlərin, o cümlədən ABŞ, Avropa ölkələrinin təzyiqi altındadırlar və birbaşa deyə bilməzlər ki, atışlar Ukrayna ərazisindən gəlir. Bunlar məlum şeylərdir... Enerqodarda mərmilərin haradan uçduğunu görə bilərsiniz. Birbaşa su anbarının əks tərəfindən, - Putin deyib.

O vurğulayıb ki, ZAES ərazisində hərbi texnika, buradan götürüləcək heç bir şey yoxdur.

Putinin fikrincə, əsas təhlükə reaktora deyil, Zaporojye atom elektrik stansiyasındakı nüvə yanacağı anbarına vurulan zərbədir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Putin  



Xəbər lenti