Paşinyanın mühafizəçiləri jurnalistə güc tətbiq etdilər

Paşinyanın mühafizəçiləri jurnalistə güc tətbiq etdilər
  07 Sentyabr 2022    Oxunub:956
Bu günlərdə İrəvanda keçirilən “Starmus” qlobal elm və incəsənət festivalı qalmaqalsız ötüşməyib. “Naked Science” (Rusiyanın əsas elmi-populyar media orqanı-red.) elmi-populyar nəşrinin yaradıcısı Ruslan Martirosyan festivalın açılışı günü baş nazir Nikol Paşinyanın mühafizəçilərinin iştirakı ilə baş vermiş insident barədə öz jurnalında məlumat verib.
İnsidentlə bağlı erməni mediasına açıqlama verən Martirosyan deyib ki, akkreditasiyanı ilk alan şəxslərdən biri olmasına baxmayaraq, o, festivala daxil ola bilməyib. Onun sözlərinə görə, girişdə qonaqların qəbulunun təşkili çox bərbad olub. Bu səbəbdən də Ruslan mühafizəçilərə irad bildirib. Nəticədə mühafizəçilər ona sərt reaksiya veriblər və nəşrin rəhbərinə kobud şəkildə güc tətbiq edərək "Starmus" festivalının təşkil olunduğu məkandan qovublar.

Jurnalist əmindir ki, Nikol Paşinyanın festivala gəlişini təşkil edənlər dövlət təhlükəsizlik xidmətinin əməkdaşları olublar. Onlar tədbir təşkilatçılarının təhlükəsizlik xidmətinin əməkdaşları olmayıblar.
“Naked Science” nəşri həmçinin yazıb ki, mühafizəçilər elə ilk dəqiqələrdən kobud davranıblar. Media nümayəndələrinin yalnız saat 16:00-dan sonra içəri daxil ola biləcəyini deyərək onları binaya buraxılmayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Mühafizə  



Xəbər lenti