Rusiya qırmızı kürü ixracını dayandıra bilər

Rusiya qırmızı kürü ixracını dayandıra bilər
  07 Sentyabr 2022    Oxunub:1369
Rusiya qırmızı kürünün ixracına məhdudiyyətlər qoya bilər.
Bu barədə Rusiya Federal Balıqçılıq Agentliyinin rəhbəri İlya Şestakov məlumat verib. Onun sözlərinə görə, hazırda Kamçatkada sərnişinlərin əl yükündə qırmızı kürü daşınmasına qoyulan məhdudiyyətlər digər regionlara da şamil edilə bilər.

Bundan əlavə, qırmızı kürünün ixracına da məhdudiyyətlər qoyulması planlaşdırılır. İ.Şestakov bildirib ki, balıq ovunun həcmi hazırda qənaətbəxş deyil və daxili tələbatı ödəmək üçün ixraca məhdudiyyətlər qoyulması nəzərdə tutulub.

AzVision.az


Teqlər:



Xəbər lenti