Finlandiya ruslara vizanın verilməsinə nəzarət edir

Finlandiya ruslara vizanın verilməsinə nəzarət edir
  07 Sentyabr 2022    Oxunub:646
Finlandiya Rusiya vətəndaşları üçün turist vizalarının sayını əhəmiyyətli dərəcədə azaldıb, lakin ölkə Avropa İttifaqının qərarı olmadan Rusiya vətəndaşlarının girişini məhdudlaşdırmaq niyyətində deyil.
Bunu Finlandiyanın xarici işlər naziri Pekka Haavisto Baltikyanı və Şimali Avropa ölkələrinin XİN rəhbərlərinin Litvanın Kaunas şəhərində keçirilən görüşündə deyib. Onun sözlərinə görə, hüquq nöqteyi-nəzərindən rusların Şengen vizalarının indi keçərli olub-olmadığını müəyyən etmək çətindir.

“Biz, Finlandiyanın vizanın verilməsi prosesinə nəzarət edirik, lakin digər Şengen ölkələri tərəfindən verilmiş vizalarla bağlı Avropa Komissiyasının məsləhətinə ehtiyacımız var”.

AzVision.az


Teqlər:



Xəbər lenti