Ermənistanda büst vandalizmi qalmaqalı böyüyür

   Ermənistanda    büst vandalizmi    qalmaqalı böyüyür
  08 Sentyabr 2022    Oxunub:682
Xəbər veridiyimiz kimi Ermənistanda xeyli sayda büst təhqir olunub. Bu günlərdə erməni mediasında yayılan görüntülərdə Jermukda məşhur ermənilərə qoyulmuş büstlər ya dağıdılmış ya da rənglənərək gülməli vəziyyətə salınmışdı.
Bu gün "Hraparak" nəşri növbəti erməni vandallığının haradan qaynaqlanmasını araşdırıb. Məlum olub ki, bu insident heç kimi maraqlandırmır.

Ermənilər indi də öz büstlərini dağıdırlar - FOTOLAR
"Bir ay əvvəl milli qəhrəman Leonid Azqaldiyanın abidəsinin dağıdılması üzə çıxdı. İndi isə görkəmli ermənilərin abidələrinə keçiblər. Biz Jermukun memarı Arsen Qarnikyanla rayonun mərkəzi parkında Komitas, Sevak, Tumanyan, Aram Xaçatryan, Martiros Saryan və onlarla başqalarına ucaldılmı büstlərin təhqir olunması ilə bağlı danışdıq.

Onun sözlərinə görə, vandalizm aktının baş verdiyi binanın öz sahibi var. Memar deyib ki, bu bina artıq dörd dəfə satılıb. Binanın sahibləri dəyişib və indi kimə aid olduğunu bilmir. Ona görə də nə memarın, nə də bələdiyyənin bu istiqamətdə hər hansı addım atmağa rıçaqları yoxdur", - nəşr yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Büst   Vandallıq   Memar  



Xəbər lenti